Sizin reklam burada
Sizin reklam burada

Zurabyan: “Ermənistan dövlətin süqutu təhlükəsi ilə üzləşib”

Zurabyan: “Ermənistan dövlətin süqutu təhlükəsi ilə üzləşib”


“Ermənistan toxunulmazlığı olmayan bir dövlətə çevrildi, ölkə hakimiyyəti öz zəifliyini, hər hansı bir məsələni həll edə bilməməsini və vətəndaşların təhlükəsizliyini təmin edə bilmədiyini sübut etdi”.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu sözləri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

L.Zurabyanın sözlərinə görə, erməni dövləti bərpa olunmadan BMT-yə, Rusiyaya, Türkiyəyə və ya Azərbaycana müraciətlər nəticə verməyəcək. Onun fikrincə ölkə hakimiyyəti strateji görmə qabiliyyətini, müttəfiqlərlə əlaqəsini, reallıq hissini itirib, hərbi rəhbərlik isə vəziyyətə nəzarət etmir.

L.Zurabyan qeyd edib ki, Ermənistanın hazırda düşdüyü kritik vəziyyət yalnız dövlətin süqutuna alternativ ola bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ