Sizin reklam burada
Sizin reklam burada

Salyanda ağır yol qəzası, bir ailənin dörd üzvü yaralandı

Salyanda ağır yol qəzası, bir ailənin dörd üzvü yaralandı




Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı bir ailənin dörd üzvü - Neftçala rayonunun Muğanqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Orucova Sədaqət Şamil qızı, onun Lənkəranda yaşayan qızı və nəvələri, 1995-ci il təvəllüdlü Orucova Aybəniz Elman qızı, 2015-ci il təvəllüdlü Oruczadə Şükufə Əliqəm qızı, 2017-ci il təvəllüdlü Oruclu Səid Əliqəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ