Sizin reklam burada
Sizin reklam burada

Dünya liderlərinin təbrikləri - Azərbaycanın artan nüfuzunun göstəricisi - ŞƏRH

Dünya liderlərinin təbrikləri - Azərbaycanın artan nüfuzunun göstəricisi - ŞƏRH



Mayın 28-də Azərbaycanın parçalanmış tarixi torpaqlarının bir hissəsində milli dövlətin qurulmasının 103-cü ildönümüdür. Builki Respublika Günü əvvəlkilərdən fərqlənir. Bu il ötən illə müqayisədə ilk dəfə Azərbaycan vətəndaşları Qarabağın işğaldan azad edilməsini bir-birinə arzu etməyəcək.

Qarabağın işğalı uzun illər Azərbaycanın və bölgənin inkişafına, təhlükəsizliyinə mane olub. Qarşıdan gələn illərdə Ermənistanın və havadarlarının işğalından təmizlənən Azərbaycanın bu ərazisində quruculuq işlər davam edir. Bölgəyə sakinlərin qayıdışı da uzaq deyil. Odur ki, qarşıdan gələn illərdə Qarabağ və işğaldan azad edilən torpaqlar da regionun tərəqqisində iştirak edəcək. Ermənistanın işğalı səbəbindən əvvəllər təhlükəsizliyi təhdid edən Azərbaycanın bu ərazisi bundan sonra sülh, anlaşma, rifah, əmin-amanlığın təminatçısı kimi çıxış edəcək. Çünki Qarabağ və ətraf rayonlar Azərbaycandır!

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dövlət, bütövlükdə Şərqdə isə ilk dəfə yaradılan demokratik dövlətlərdəndir. 1920-ci il aprelin 28-də işğaldan sonra bu dövləti unutdurmağa çalışdılar. Ancaq haqq-ədalət öz yerini tapdı. 31 ildir Azərbaycan Respublika Gününü rəsmi olaraq qeyd edir. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ