Sizin reklam burada
Sizin reklam burada

Rəşad Nəbiyev Moskvada rusiyalı həmkarı ilə görüşüb - FOTO

Rəşad Nəbiyev Moskvada rusiyalı həmkarı ilə görüşüb - FOTO




Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Moskva şəhərində Rusiya Federasiyasının Rəqəmli inkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə azərbaycanlı nazir özünün media hesabında yazıb.

Rəşad Nəbiyev bildirib ki, iki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

“Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik”, - deyə nazir əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ