Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük avtomobili diametri 108 mm olan qaz xəttinin üzərinə aşıb.
Bu barədə Azəriqaz İB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən may ayının 15-də saat 16:30 dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Qeyd edilib ki, qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.