Ramazan bayramı münasibətilə təbrik
- - -
Əziz həmyerlilərimiz, hörmətli təhsil ictimaiyyəti!
İlahi rəhmətin aşıb-daşdığı, müqəddəs Qurani-Kərimin nazil olduğu ramazan ayı artıq başa çatdı. İnsanları savab əməllərə, sülhə, əminamanlığa səsləyən Ramazan bayramını xalqımız həmrəyliyi, birliyi, əzmi sayəsində böyük tarixi qələbə ilə qarşılayır.
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Arzu edirik ki, dövlətimiz, vətənimiz sabitqədəm olsun, doğma Azərbaycanımızın səmasında hər zaman üçrəngli bayrağımız dalğalansın. Edilən bütün dualar və ibadətlər qəbul, süfrələr bərəkətli olsun. Qəlblərinizdən şəfqət, mərhəmət hissi heç zaman əksilməsin!
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri
Rövşən Əliyev
