Sizin reklam burada
Sizin reklam burada

İxtisas attestatının verilməsinə dair sənəddə dəyişiklik edildi

İxtisas attestatının verilməsinə dair sənəddə dəyişiklik edildi



Nazirlər Kabineti ixtisas attestatının verilməsinə dair ərizə formasının hissəsində dəyişiklik edib.

Bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb.

“Təhsil haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas attestatının verilməsinə dair ərizə forması”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilib:

“6. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarına münasibətdə həmin kvalifikasiyaların tanınması tələb edildiyi halda, kvalifikasiyaların tanınması haqqında şəhadətnamənin nömrəsi _________”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ