Türkiyədə son 24 saat ərzində 362 nəfər koronavirusdan vəfat edib.
“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 318 839 COVID-19 testi həyata keçirilib və 61 967 yeni yoluxma faktı aşkarlanıb.
Sağalanlara gəlincə, 52 213 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb.
Hazırda 3398 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.