.Şəkidə tullantıların idarə edilməsi poliqonuna daha öncə qeyd edilən problemlərin həllinə nəzarət üçün baxış keçirilib.
bu barədə “Ecofront” səhifəsi paylaşım edib.
Məlumatda bildirilib ki, qısa vaxtda xeyli iş görülüb:
- ərazinin girişi və əsas yolu təmizlənib;
- tullantıların yandırılması dayandırılıb, bir daha edilməyəcəyini deyilib;
- ətrafda mal qara gözə dəymir və davamlı nəzarət ediləcək;
- 1 hektara yaxın yeni uyğun ərazi ayrılıb yaxınlıqda. Daha öncə cınqıl daşınmış böyük çuxur işləri xeyli rahatlaşdıracaq.
Görülməli işlər isə aşağıdakılardır:
- poliqonun maddi texniki bazası gücləndirilməlidir, tullantı təpələrini sıyırmaq, presləmək və basdırmaq üçün ağır texnika lazımdır.
- poliqonun ətrafı kanallar təmizlənməli, ətrafına “Giriş qadağandır” və “Tullantı atmaq qadağandır” nişanları qoyulmalıdır.
- çeşidləmə potensialını artırmaq üçün konteynerlərlə təmin etmək və daha yaxşı üsullar mexanizmlər fikirləşmək olar. Çeşidlənib təkrar emal edilə biləcək tullantıların çox az bir hissəsi çeşidlənib ayrıla bilir.
- işçilər üçün normal iş şəraiti yaradılması vacibdir.
