Sizin reklam burada
Sizin reklam burada

Türkiyəyə müalicəyə göndərilən hərbçilərimizin sayı AÇIQLANDI

Türkiyəyə müalicəyə göndərilən hərbçilərimizin sayı AÇIQLANDI


“YAŞAT” Fondu qazilərin müalicəsi üçün Türkiyədəki klinikalardan həkimlər dəvət edirlər”.

bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib:

“Həmin həkimlər bizdə və digər hospitallarda müalicə alan yaralılara da baxış keçiriblər.

Xaricdə müalicəsinə ehtiyac olan yaralıların kimlərin birinci, kimlərinsə ikinci növbədə göndəriləcəyinə dair siyahı tərtib ediblər. Həmin siyahı bizdə də var. O siyahıya uyğun olaraq yaralıları xaricdə müalicəyə göndəririk. Hazırda Türkiyəyə müalicəyə 54 yaralı göndərilib. Onlardan 4-ü artıq geri qayıdıb, 50 nəfərin müalicəsi isə davam edir.

Digərlərinin də getməsi üçün tədbirlər görülür. Yaxın zamanda yaralılardan xaricdə müalicəyə, reabilitasiya və əməliyyata ehtiyacı olanlar da göndəriləcək”.

“İsraildən gələn həkimlərin burada qazilərimizin müalicə və reabilitasiyalarında böyük xidmətləri olub”, - deyə polkovnik qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ