Sizin reklam burada
Sizin reklam burada

Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb

Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb


Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Yeni Salyan yolu 22 adlanan ərazidə iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Məmmədova Nazilə Adil qızı, 1995-ci il təvəllüdlü Məmmədov Asim Əliyar oğlu və 1988-ci il təvəllüdlü Həsənov Yasər Elman oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N.Məmmədovaya başın yumşaq toxumalarının əziyi, A.Məmmədova əlin əzilmiş yarası, Y.Həsənova isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ