Gəncədə mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.Bildirilib ki, şəhərin Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Yusubova Zoya Adil qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.