Sizin reklam burada
Sizin reklam burada

Yeni mexanizm: İctimai nəqliyyatda məsafəyə uyğun ödəniş ediləcək - VİDEO

Yeni mexanizm: İctimai nəqliyyatda məsafəyə uyğun ödəniş ediləcək - VİDEO


İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiq edilməsi gediş haqqı qiymətinin artımı kimi başa düşülməməlidir. Tarifdə dəyişiklik olmazsa, qiymət artımından söz gedə bilməz.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

O bildirib ki, bu mexanizmə əsasən, sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər:

“Bəzi xarici ölkələrdə ictimai nəqliyyatda fərqli mexanizm tətbiq edilir. Onlarda sərnişinin ödədiyi gediş haqqı məsafəyə görədir. Bizdə isə bu, belə deyil. Məsələyə obyektiv yanaşsaq, burada ədalətsizliyin olduğunu görərik. İctimai nəqliyyatda belə bir prosesin baş verməsi labüd idi. Pandemiyadan sonra bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də daha təkmilləşdirilmiş və səmərəli mexanizmlər tətbiq olunmalıdır. Bir ictimai nəqliyyatdan istifadə edərək qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişinin eyni məbləği ödəməsi düzgün yanaşma deyil. Bu mexanizmi tarifin və qiymətlərin qalxması kimi düşünməməliyik. Ola bilsin ki, bəzi sərnişinlər əvvəl ödədiyi gediş haqqından bir az daha artıq ödəyəcək. Bir çox sərnişin isə getdiyi yol qədər ödəyəcək”.

Ekspert onu da qeyd edib ki, bütün ictimai nəqliyyat vasitələri yeni mexanizmə texniki cəhətdən hazır olmalıdır:

“Hesab edirəm ki, BNA-nın son dövrlər aldığı iri tutumlu avtobuslarda bu sistemlər var. Sərnişin avtobus və ya metroya daxil olanda da, düşəndə də öz kartını oxudacaq və onun gediş məsafəsi avtomatik hesablanaraq kartından çıxılacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ