Sizin reklam burada
Sizin reklam burada

Bakıda qardaşını öldürən şəxs məhkəmə qarşısına çıxarılır

Bakıda qardaşını öldürən şəxs məhkəmə qarşısına çıxarılır


Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elmin Eynullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Siyavuş Hacıyevin icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Eynullayev Səfa Sahibəli oğlu qardaşı ilə dava edib. Qardaşı E.Eynullayev onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.

E.Eynullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ