Sizin reklam burada
Sizin reklam burada

Nazir teatr direktoruna yeni vəzifə verdi - FOTO

Nazir teatr direktoruna yeni vəzifə verdi - FOTO


Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.

O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ