Sizin reklam burada
Sizin reklam burada

TARİXƏ İZ SALANLAR.

TARİXƏ İZ SALANLAR.

Milli qəhrəman şəhid palkovnik İlqar Mirzəyevin anası: Telefon zəngində kiməsə "Heyf sənə" deyərək getdi.

TARİXƏ İZ SALANLAR

Bir telefon zəngindən sarsılıb titrəmişdin,
Qapıdan çıxan anda "Heyf sənə" demişdin.
Sən bilirdin bu yoldan gedib dönməmək də var,
Əbədi məş'əl kimi yanıb-sönməmək də var.
Düşmənin həmləsində Tovuzun ölüm hökmü,
De, düşmən mərmisindən odlar yurdu çökərmi?
Düyünlənir yumruğu, çatılır qara qaşlar,
Poladla tədbir tökür, deyir-Hücum əmri var.

Yanır sinəsində odlu ürəyi,
Damarda qaynayır tər-təmiz qanı,
Xalqını qırğından qorumalıydı,
Bunu əmr edirdi təmiz vicdanı.

-Atəş-Palkovnikin gurlayır səsi,
Döyüşə atılır alay qoşunu,
Yanır mərmilərin odlu nəfəsi
Gecəyə dağ çəkir yağış qurşunu.

O bir igid qəhrəman, o bir igid komandir,
O baxmır rütbəsinə əsgərdən öndə gedir,

Gedir çiyin-çiyinə iki əzəmət, vüqar,
Biri Polad Həşimov, biri Mirzəyev İlqar.
"Heyf sənə" demişdin, heyif"lər hədəf oldu,
Öz dilindən çıxan söz özünə şərəf oldu.
Ölümünlə pozuldu zamanın sükunəti,
Otuz illik yuxudan oyandırdın milləti.
Tovuz batdı al qana damarlarda dondu qan,
Ey tarixdə iz qoyan, sən ey igid qəhrəman!!

Müəllif: Zemfira Salmanova. 17.3.2022


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ