Sizin reklam burada
Sizin reklam burada

ATİA.AZ-ın çəkiliş qrupu AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUD OCAĞINDA....

ATİA.AZ-ın çəkiliş qrupu AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUD OCAĞINDA....


Bu gün ATİA.AZ saytının çəkiliş qrupu altı kitab müəllifi, AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUD OCAĞINDA qonaq oldu.

Xatırladaq ki, Hacı Loğman Məhəmməd oğlu Aşıq Ələsgərin doğulduğu qədim oğuz eli olan Göyçə mahalının Babacan kəndində dünyaya göz açıb. Misgil Abdalın şəcərəsindəndir. Hacı Loğman Qorqud təxəllüsü ilə yazıb-yaradan şair bu təxəllüsün ona xalq tərəfindən verildiyini qeyd etdi: - “Mən yaradıcılığımda ən çox fəlsəfəyə, həyat hikmətliyinə daha çox meyil edirəm. Hələ bu günə kimi elmə məlum olmayan “Dədə Qorqud” adının yaranma səbəbini mən araşdırdım. Diqqətə çatdırım ki, “Dədə Qorqud” və “Qurani-Kərim”i bütövlükdə oxudum. Və gördüm ki, Müqəddəs Kitabımız olan “Qurani-Kərim”dəki tayfa arasındakı mübahisə və müharibələr eyni ilə “Dədə Qorqud”da da var. Həzrəti Məhəmmədə gələn “Quran” ayələrində İslamın ehkamları ilə insanları qorxutmaqla Allaha, dinə inandırmağa çalışırdılar. Bununla da insanı haqqa, ədalətə dəvət edirdilər. “Dədə Qorqud” sözünün kökündə qorxutmaq durur. Bu isə Allahın vahidliyinə inanc, halal-haramlıq anlayışı, xeyirxahlıq missiyası daşıyırdı. “Qurani-Kərim”də buyrulur ki, Allahım, Adəmə hər şeyin adını öyrətdin. “Dədə Qorqud”da da eyni hadisələr baş verir. “Dədə Qorqud” sözünün mənası “Qorxudan Dədə” deməkdir. Allahın hikmətləri ilə insanları “Qorxudan Dədə” mənasındadır. Yəni “dədə” sözü Peyğəmbər sözü ilə eyni məna daşıyır. “Dədə” sözünü “dedi” sözü ilə də müqayisə etmək olar. Buradan da aydın şəkildə görünür ki, türkçülüyün ilk peyğəmbəri Dədə Qorquddur. “Dədə Qorqud” və “Qurani-Kərim” dəki adları fəlsəfi baxımdan loğman kimi araşdırıb, eyniləşdirdiyimə görə, “Hacı Loğman Qorqud” Təxəllüsünü mənə xalq verib.
Unutmayaq ki, biz hamımız Qorqud övladlarıyıq”.
ATİA.AZ-ın çəkiliş qrupu AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUD OCAĞINDA....

Çəkilişdə bizə yaxından köməklik göstərən Sabunçu rayonu Dini İdarənin sədri, tanınmış din xadimi, şair Hacı İlhama, gənc aşıq Ceyhun Qurbansoya və istedadlı şairimiz İlham Qazaxlıya dərin təşəkkürümüzü bildiririk.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ