Möhtərəm cənab Prezident.
Biz bir məktəb ailəsi olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız vətən xainləri görməyə bilərlər.
Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq və ölkəmiz tezliklə Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.
Cənab Prezident, biz hər zaman fəxr etmişik ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin
Bəzi ölkələr vəziyyətə biganə yanaşdığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişlərinizlə Azərbaycanımızda mühüm işlər görülür.
Bu çətin günlərdə biz müəllimlər də Sizin çağırışınıza qoşularaq evdə qalmaqla onlayn dərslərimizi keçdik. Bacardığımız qədər şagirdlərimizi-övladlarımızı təhsilsiz qoymadıq. Həm Təhsil Nazirliyinin tərtib etdiyi dərs cədvəlləri üzrə həm də sinif rəhbərlərinin tərtib etdiyi cədvəllər üzrə onlayn dərslərimizi bir gün belə təxirə salmadan keçmişik. Məqsədimiz də odur ki, balalarımız təhsildən yayınmasınlar. Bu gün fəxrlə deyə bilərəm ki, rəhbərlik etdiyim 240 nömrəli tam orta məktəbin bütün məllimləri onlayın dərslərini hər gün keçirlər və şagirdələrimiz də bu onlayn dərslərdən müvəffəqiyyətlə yararlanırlar. Allah nəsib eləsin ki, Sizin rəhbərliyinizlə bu virus pondemiyası ölkəmizdən və dünyamızdan uzaq olsun. Daha böyük uğurlara dövlət və millət olaraq Sizin rəhbərliyinizlə birlikdə imza ataq.
Hörmətlə :Esmira Məmmədova
240 nömrəli tam orta məktəbin direktoru