Sizin reklam burada
Sizin reklam burada

Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı yoluxanların sayını iki dəfə üstələdi

Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı yoluxanların sayını iki dəfə üstələdi



Dünya üzrə COVID-19-a qarşı vaksinasiyadan keçənlərin sayı pandemiyanın başlanmasından bugünədək yoluxanların sayını artıq iki dəfə üstələyir.



TASS -a istinadən Xeberleragentliyi.com xəbər verir ki, indiyədək 227 milyon nəfər koronavirusa qarşı peyvənd olunub ki, bu da dünya əhalisinin 3%-ni təşkil edir. Qlobal miqyasda yoluxma sayı isə 113.5 milyon nəfərdir.
Peyvənd olunanların 75%-i səkkiz ölkənin – ABŞ, Çin, Böyük Britaniya, Hindistan, Türkiyə, İsrail, Braziliya və BƏƏ-nin sakinləridir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ