Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın qida məhsullarının BƏƏ-yə ixracına dair ilkin razılıq əldə olunub - FOTO

Azərbaycanın qida məhsullarının BƏƏ-yə ixracına dair ilkin razılıq əldə olunub - FOTO


Azərbaycan şirkətləri yağ, çay, mineral sular və s. məhsulların Qırğızıstan, Özbəkistan, İraq, Yəmən, Liviya, BƏƏ və digər ölkələrə ixracına dair danışıqlar aparırlar.

İqtisadiyyat Nazirliyindən “Xeberleragentliyi.com Economics”ə verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində iştirak edən bir sıra yerli şirkətlər ilə BƏƏ şirkətləri arasında məhsul ixracına dair ilkin razılıq əldə ediblər.

Qeyd edək ki, nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan məhsulları “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur. Sərgidə 85 ölkədən olan şirkətlər öz məhsullarını təqdim edir.

Azərbaycanın 15 şirkətinin istehsal etdiyi pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı məmulatları, un məmulatları, çay, mürəbbə və digər məhsulları nümayiş olunur. Sərgi fevralın 25-dək davam edəcək.Apa.az.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ