Sizin reklam burada
Sizin reklam burada

Əməkdar artist koronavirusdan vəfat etdi

Əməkdar artist koronavirusdan vəfat etdi




Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun koronavirusdan vəfat etdiyi bildirilib.

Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib. 2009-cu ildə Əməkdar Artist fəxri adına layiq görülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ