Sizin reklam burada
Sizin reklam burada

“Şuşaya həsrət qalanlar qaldı kənarda, dəxlisiz müğənniləri...” - Tacir Şahmalıoğlu kimləri hədəf aldı?

“Şuşaya həsrət qalanlar qaldı kənarda, dəxlisiz müğənniləri...” - Tacir Şahmalıoğlu kimləri hədəf aldı?


Tanınmış müğənni Tacir Şahmalıoğlu Şuşaya aparılmamasından gileylənib.

Sfera.az xəbər verir ki, bununla bağlı müğənni sosial media hesabından video müraciət ünvanlayıb.

"Bu yaxınlarda baxdım ki, Şuşadan veriliş verirlər. Şuşaya həsrət qalan musiqiçilər, xanəndələr qaldı kənarda, dəxlisiz müğənniləri ora aparıb, konsert verdilər. Bu məni çox ağrıtdı.

Çünki həsrətlə Şuşanın işğaldan azad olunduğunu gözləyənlər vardı. Elə mən özüm də istərdim ki, gedib 11 yaşımda oxuduğum "Bayatı Şirazı" o qayaların üstündə yenidən ifa edim. Təəssüf ki, heç məni yada salan da olmadı", - deyə T.Şahmalıoğlubildirib.

Qeyd edək ki, bir müddət öncə Şuşa şəhərində Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib.

Konsertdə Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov, Əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ