Sizin reklam burada
Sizin reklam burada

“Qəbələ”dən şəhidlərlə bağlı anlamlı jest - Foto

“Qəbələ”dən şəhidlərlə bağlı anlamlı jest - Foto



Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından əvvəl meydan sahibləri anlamlı təşəbbüsü ilə diqqət çəkib.

Xeberleragentliyi.com xəbər verir ki, “Qəbələ”nin futbolçuları meydana üzərində Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun və Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəbələli döyüşçülərin fotosu olan formalarla çıxıblar.

Bundan başqa, klub rəhbərliyi Vətən Müharibəsində iştirak etmiş komandanın azarkeşləri və klubun əməkdaşı olan qazilərə xatirə hədiyyələri təqdim edib.

Onların arasında Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy də olub.
“Qəbələ”dən şəhidlərlə bağlı anlamlı jest - Foto

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ