Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda buzlaşma olan yolların SİYAHISI

Azərbaycanda buzlaşma olan yolların SİYAHISI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolların hazırkı vəziyyəti ilə bağlı məlumat yayıb.

Agentliyin məlumatında bildirilir:

“Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi - Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi - Xızı - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan - Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax - Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Bakı - Ələt - Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı - Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki - Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala -Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı - Yardımlı - Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran - Lerik - Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Bəhramtəpə - Horadiz - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ