Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda toylar bu qaydada keçirilə bilər - AÇIQLAMA

Azərbaycanda toylar bu qaydada keçirilə bilər - AÇIQLAMA

Bir ildən çoxdur ki, Azərbaycanda pandemiya ilə əlaqədar olaraq toyların keçirilməsi qadağa olunub. Artıq gündəlik yoluxanların sayı 4000-dən 100-ə düşüb. Bu gün 70-80 nəfərlə toyların keçirilməsi ilə müxtəlif təkliflər var. Bundan əlavə yanvarın 18-dən ölkədə koronavirus əleyhinə peyvəndlənməyə də başlanılıb. Bu gün səsləndirilən iddialara görə mart ayından sonra toyların keçirilməsinə icazə veriləcək.

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, karantin rejimində yumşalma tədricən olmalıdır:

"Birdən-birə bütün qadağaları ləğv etmək olmaz. Artıq gündəlik yoluxma 100-ün üzərindədir. Gündəlik yoluxma sayı 100-dən aşağı düşdükdən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək. Toyların keçirilməsi ilə bağlı qaydalar bir daha müzakirə olunmalıdır. Toylarda insan sayı 60-70 nəfər olmalı, bir masada 6 nəfər oturmalıdır. Stollar elə qurulmalıdır ki, iki stul arasındakı məsafə 1.5 metr olsun. İki masa arasındakı məsafə, ən azı 2 metr olması vacibdir. Yəni toy keçirilən masalarının sayı, 30-50 olmalıdır. Masaların sayının azalması toyda iştirak edən insanların sayını da məhdudlaşdıracaq. Üzbəüz və yanbayan oturan insanların məsafə məsələsi həll edilməlidir. Yəqin bununla bağlı təlimatlar hazırlanır. Hazırlanan təlimatlar üzrə toyların keçirilməsi mümkünüdür".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ