“Ölkəni tərk edə bilməyən 60 min əcnəbi var idi” – Pasportu bitənlərin də müraciətləri nəzərə alındı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Ölkəni tərk edə bilməyən 60 min əcnəbi var idi” – Pasportu bitənlərin də müraciətləri nəzərə alındı

“Ölkəni tərk edə bilməyən 60 min əcnəbi var idi” – Pasportu bitənlərin də müraciətləri nəzərə alındı

Müəllif: cavidan
//
14 Ocak 2021
//
//

“Ölkəni tərk edə bilməyən 60 min əcnəbi var idi” – Pasportu bitənlərin də müraciətləri nəzərə alındı
2020-ci il bütün dünyada COVİD-19-la mübarizə ili kimi yadda qalıb.

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan da bu mübarizəyə qoşulub: "2020-ci ilin yanvar-fevral aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında kəskin azalma olub. Ötən il koronavirus olmasaydı, dinamik artım olardı. Mart ayında pandemiya başladı və hələ də qüvvədədir. Sərhədlərdən keçidin məhdudlaşması miqrasiya proseslərinə də mənfi təsir göstərib. Biz də çalışırdıq ki, ötən il ölkədə yaşayan miqrantların miqrasiya xidmətlərindən istifadəsini təmin edək. Pandemiya başlayanda ölkədə 59 min 800 nəfər var idi ki, vəziyyətlə əlaqədar ölkəni tərk edə bilmirdi və etmək istəmirdi. Bu şəxslərin müraciətləri leqallaşdı və Xidmət tərəfindən heç bir əcnəbinin ölkədən çıxarılması olmadı. Pasport müddəti bitən əcnəbilərin də müraciətləri nəzərə alındı”.
Xəbər Lenti Giriş Populyar Reklam