Sizin reklam burada
Sizin reklam burada

Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib - YENİLƏNİB

Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.



19:14

Prezident İlham Əliyev Millət vəkili Elman Məmmədovun “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı Sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ