Sizin reklam burada
Sizin reklam burada

“ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunmuşdur

“ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunmuşdur


Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin qalibi olmuş “ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunmuşdur.

Açılış mərasimini giriş sözü ilə layihənin rəhbəri Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-litseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızı giriş edərək ilk öncə tədbirin hər kəs üçün cox sevincli günə təsadüf etdiyini, işğal olunmuş torpaqlarımızın bütövlüyü uğrunda qazanılan ən böyük Qələbə uğurunu qeyd etmiş, bu nailiyyət uğrunda həyatını itirmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, şəhid və itkin düşmüş ailələrə baş sağlığını bildirmişdir. Daha sonra layihənin aktuallığı, davamlılığı və icra planına əsasən görüləcək işlər barədə geniş məlumat verilmişdir. Tədbirin hər bir iştirakçısına çıxış üçün söz verilmişdir. İştirakçılardan ilk öncə Samux Rayonu Qarayeri qəsəbə məktəb-litseyin direktoru Mahmudova Bəsti Novruz qızı çıxış edərək layihənin vacibliyi, şagirdlərin Vətənpərvərlik tərbiyəsi günümüzün vacib məsələsi olduğunu və Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərə məxsusdur” ifadəsini xüsusi ilə qeyd etmişdir.

Növbəti çıxışı hüquqşunas Sərxan Sadıxov etmişdir. Öz çıxışında o qeyd etmişdir ki, Azərbaycanda Hərbi Vətənpərvərlik işinin quruculuğu Ulu Öndər Heydər Əliyev siyasi hakimiyətə gəldikdən sonra başlanmışdır. Həmçinin vurğulamışdır ki “Hərbi Vətənpərvərlik” mövzüsunda maarifləndirici tədbirlərin aparılmasında pedaqoq və psixoloqların qarşısında duran ən ümdə vəzifələrdəndir.

Sonda tədbir iştitakçıları birgə qənaətə gələrək bildirmişlər ki, şagird və gənclər arasında milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması üçün davamlı olaraq bu mövzuda layihələr keçirilməsi vacib məsələlərdəndir.
“ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunmuşdur
“ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunmuşdur

10.11.2020

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ