Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ

Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ

Müəllif: cavidan
//
16 Ekim 2020
//
//

Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.

Qeyd edilən regionlarda pandemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən ciddi nəzarət ediləcək.

Belə ki, avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.
Xəbər Lenti Giriş Populyar Reklam