Sizin reklam burada
Sizin reklam burada

Komendant saatını pozan vətəndaşı bu cəza gözləyir

Komendant saatını pozan vətəndaşı bu cəza gözləyir

Hərbi vəziyyət çərçivəsində komendant saatı tətbiq olunmuş ərazidə vətəndaş xüsusi icazə vərəqəsi və şəxsiyyət vəsiqəsi olmadan küçədə və ya başqa ictimai yerlərdə olarsa, həmin şəxs komendant saatı bitənədək, yaxud şəxsiyyəti müəyyən edilənədək inzibati qaydada həbs edilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Anar Ramazanov komendant saatı ilə bağlı tətbiq olunan cəza haqqında danışarkən deyib.

Anar Ramazanov bildirib ki, hərbi vəziyyət rejiminin tələblərinin pozulması haqqında 517.2-1 nömrəli maddəyə əsasən, komendant saatı qaydalarına riayət etməyən vətəndaşa ilk olaraq xəbərdarlıq ediləcək, daha sonra isə 50 AZN məbləğində cərimə tətbiq olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ