Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub

Müəllif: cavidan
//
22 Eylül 2020
//
//

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap  olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalı
dərc olunub. On dörd rubrikadan ibarət jurnalda öz sahəsinin peşəkar mütəxəssisi
olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
Jurnalın bu sayı “Rəsmi guşə” rubrikası ilə başlayır.
“Qafqazda dini tolerantlıq tarixi ənənə kimi”, “Peyğəmbərlik:
meydanoxuma”, “İslamda boşanma (talaq)”, “İslamda Qurban” adlı məqalələr
“Cəmiyyət və din” rubrikasında dərc olunub.
“İlahiyyat” elmi-publisistik jurnalının “Tədris” rubrikasında “Distant
təhsil”, “Təcvid elmində “ləhn” anlayışı və onun namazla bağlılığı”;
“Vətənpərvərlik” rubrikasında “Erməni xisləti”, “Vətənpərvərlik şüuru din
müstəvisində”, həmçinin “Qarabağ əzəli Azərbaycan torpağıdır” başlıqlı məqalələr
yerləşdirilib.
“Baxış bucağı” rubrikasında “Dörd məfhum”, “Səmavi dinlərdə müqəddəs
bayramlar” sərlövhəli yazılar yer alıb.
“Görkəmli empirik alim əl-Biruni”, “İbn Heysəm optika problemlərinin
müsəlman tədqiqatçısı kimi”, “Azərbaycanı dünyaya tanıdan dahi” başlıqlı
məqalələr isə “Müsəlman mütəfəkkirlər” rubrikasında verilib.
Jurnalın “Analitik təhlil”, “İslam əxlaqı”, “Araşdırma”, “Ədəbiyyat”, “İslam
əxlaqı”, “Vətənpərvərlik”, “Dəyərlərimiz”, “Məzun sözü”, “Təbəssüm” başlıqlı
müxtəlif rubrikalarında fərqli məqalələr dərc edilib.
Qeyd edək ki, təsisçisi Azərbaycan İlahiyyat İnstitutu olan “İlahiyyat” elmi-
publisistik jurnalının ildə 3 dəfə nəşr olunması nəzərdə tutulub.
Xəbər Lenti Giriş Populyar Reklam