Sizin reklam burada
Sizin reklam burada

Novruz Aslanov onlayn qəbul keçirib

Novruz Aslanov onlayn qəbul keçirib
Pandemiya dövründə deputat Novruz Aslanov münasib vaxtlarda rayona edilən səfərlərlə yanaşı, mövcud vəziyyətə uyğun olaraq seçiciləri ilə telefon vasitəsilə də əlaqə saxlayır. Sentyabrın 17-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilmişdir.

Millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona müxtəlif məsələlər barədə müraciətlər ediblər. Müraciət edənlərin hər biri qeydiyyata alınıb. Əsasən ərzaq və qeyri-ərzaq məhsulları ilə yardımın edilməsinə dair müraciətlər çoxluq təşkil edib. Onların hər biri yardımlarla təmin edilib.

Məlumat üçün bildirək ki, hər həftənini IV günü İsmayıllı rayon seçiciləri Novruz Aslanovla telefon vasitəsilə əlaqə saxlaya bilərlər. Rayonda epidemioloji vəziyyətə uyğun olaraq millət vəkili İsmayıllı rayonuna səfərlər edərək seçicilərini qəbul edir və ehtiyaclı ailələrə ərzaq, qeyri-ərzaq yardımları edir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ