Məktəblərdə yeməkxanalar işləyəcəkmi? - AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məktəblərdə yeməkxanalar işləyəcəkmi? - AÇIQLAMA

Məktəblərdə yeməkxanalar işləyəcəkmi? - AÇIQLAMA

Müəllif: cavidan
//
11 Eylül 2020
//
//

Məktəblərdə yeməkxanalar işləyəcəkmi? - AÇIQLAMA
İnternat məktəblərində yeməkxanalar çalışacaq, digər məktəblərdə isə yox.

Bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında deyib.

O bildirib ki, sanitariya normalarına uyğun olaraq internatda təhsil alan şagirdlərin yeməkləri veriləcək:

“Yeməkxanalar işləyəcək. Masalar bir-birindən ən azı 1,5 metr aralı məsafədə yerləşdiriləcək. Gigiyena normalarına ciddi riayət ediləcək. Orta məktəblərdə yeməkxanaların açılması isə gözlənilmir”.
Xəbər Lenti Giriş Populyar Reklam