Sizin reklam burada
Sizin reklam burada

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord  göstərici qeydə alınıb


Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord
göstərici qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil
Babayev KİV-ə müsahibəsində bildirib ki, ötən dövr ərzində dövlət
başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi
genişləndirildi. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə
olunub.
Həmçinin bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı
1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65
yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min
nəfəri əhatə edir.
Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq
payı təqdim edildi. Ümumilikdə isə sosial təminat proqramları 500 mindən
çox insanı əhatə etdi və bunun üçün 200 milyon vəsait yönəldildi.
Həmçinin sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin
qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini
itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərildi.
“Görülmüş bu tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan
vətəndaşının rifahının dayandığını göstərir” – deyə nazir bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ