Azərbaycanda bu benzinin qiyməti bahalaşdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda bu benzinin qiyməti bahalaşdı

Azərbaycanda bu benzinin qiyməti bahalaşdı

Müəllif: cavidan
//
05 Ağustos 2020
//
//

Azərbaycanda bu benzinin qiyməti bahalaşdı




Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb.

Xeberleragentliyi.com xəbər verir ki, "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Trend-ə bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır:

"Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur. Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb (1 litr üçün). Səbəb alış qiymətinin baha olmasıdır. Aldığımız ölkədə alış qiyməti qalxdığına görə, qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq".

Qurum rəsmisi əlavə edib ki, qiymətin 1.50 manata qalxacağı ilə bağlı heç bir plan yoxdur.

Xəbər Lenti Giriş Populyar Reklam