Göyçayda fermada yanğın - Foto » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Göyçayda fermada yanğın - Foto

Göyçayda fermada yanğın - Foto

Müəllif: cavidan
//
06 Temmuz 2020
//
//

Göyçayda fermada yanğın - FotoGöyçayda fermada yanğın hadisəsi baş verib.

Axar.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saat 20:30 radələrində rayonun Qarayazı kəndində qeydə alınıb.

Kənd sakini Ramin Şamil oğlu Xudaverdiyevə aid fermanın həyətində 150-dən çox saman bağlaması yanıb. Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb və yanğının digər ərazilərə keçərək böyüməsinin qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi müəyyən deyil.

Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam