Sizin reklam burada
Sizin reklam burada

“4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli

“4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli


"Son günlər 1993-cü ilin 4 iyun hadisələri ilə bağlı fərqli fikirlər, o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik".



Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının 3-cü iclasında çıxış edən birinci vitse-spiker Əli Hüseynli deyib. O bildirib ki, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib:



"Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Siyavuş bəy tamamilə düzgün söylədi ki, o zamankı hakimiyyətdə olan 17 nəfərin etdiyi tarixi həqiqət ondan ibarətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib. Ən əsası isə vətəndaş qarşıdurması yaranıb".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ