İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir

İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir

Müəllif: cavidan
//
23 May 2020
//
//


İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir

Bu gün İsmayıllı rayonunun bazarında əhaliyə maska, əlcək və spirt paylanılıb, əhali arasında karantin qaydaları barədə maarifləndirmə aparılıb. Belə ki, son günlər respublikada COVID-19 epidemiyasına yoluxma hallarının artması qabaqlayıcı tədbirlərin intensivliyini zəruri edib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə satıcı və müştərilərin karantin qaydalarına riayət etməsi vəziyyətinin monitorinqi həyata keçirilib. İsmayıllı Şəhər İcra Nümayəndəliyinin əməkdaşları, gənclərin inkişaf və karyera mərkəzinin könüllüləri tədbirdə yaxından iştirak edib. Sakinlərə Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları, sosial məsafə, şəxsi gigiyenik normalar haqqında daha geniş məlumatlar verilib. Yalnız zəruri hallarda evdən çıxmaq, digər şəxslərlə mümkün qədər az kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərdə qoruyucu masqalardan istifadə etmək kimi vacib qaydalara əməl olunması bir daha tövsiyə olunub.

Bu cür tədbirlərin gündəlik davam etdirilməsi nəzərdə tutulur.

İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir
İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir
İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir
İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir
İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir
İsmayıllıda koronavirusla əlaqədar sosial tədbirlər və maarifləndirmə genişləndirilir
Xəbər Lenti Giriş Populyar Reklam