Sizin reklam burada
Sizin reklam burada

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi


Bu gün Bakı və Bakıətrafı küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Oxu.Az-ın məlumatına görə, dezinfeksiya işlərinə səhər saatlarından başlanılıb.


Paytaxtın kommunal xidmətinin əməkdaşları tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülür.

Dezinfeksiya işləri Xocalı prospekti, 28 May küçəsi, Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində, eyni zamanda, Ələt qəsəbəsi, Binəqədi rayonunda yerləşən küçələr, Sabunçu rayonunda yerləşən bütün küçə və qəsəbələrdə aparılacaq.

Xatırladaq ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ