İsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılır

İsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılır

Müəllif: cavidan
//
14 May 2020
//
//

İsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılır

Bu il İsmayıllı rayonunun 7 inzibati ərazisində 10 subartezian quyusunun qazılması təklif olunub. İsmayıllı şəhəri, Qalınçaq, Hacıhətəmli, Qubaxəlilli, Talıstan, Cülyan və digər kəndlərin adları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilib. Məqsəd içməli su və suvarma təchizatının yaxşılaşdırılmasını davam etdirməkdir. Yaşayış yerlərində əhalinin su tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun müvafiq təşkilatlarının məsul şəxsləri əvvəlcə Tircan kəndinə baş çəkib. Yerli icra hakimiyyəti, suvarma sistemləri idarəsi və bələdiyyənin nümayəndələri, həmçinin mövzu üzrə mütəxəssislər su təchizat sisteminin vəziyyəti ilə maraqlanıblar.

Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Quşencə, Tircan, İvanovka, Xəlilli, Hapıtlı və digər kəndlərdə subartezian quyularının qazılması sənəddə yer alır.

Qeyd olunub ki, XVII əsrdə salınmış Tircan kəndində su çatışmazlığı onilliklərdir mövcuddur. Əvvəllər əhali suyu kəndin yuxarıbaşında bulaqdan daşıyırdısa, 8 il əvvəl paylayıcı boru şəbəkəsi təşkil olunub və bulaqdan evlərə su xətləri çəkilib. Subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını nəzərə alaraq digər mənbələrin araşdırılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib.

Dövlət nümayəndələri Kürdmaşı kəndində 2019-cu ildə qazılmış və içməli su təminatı üçün istifadəyə verilmiş subartezian quyusuna da baxış keçiriblər. Diqqətə çatdırılıb ki, quyu saatda 16 ton su verir və 70-ə yaxın ailəni təmin edir. Ötən il 6 inzibati ərazidə qazılmış ümumən 7 subateziandan biridir.
Yaşayış məntəqələrində su təchizatı üzrə perspektivlərin araşdırılmasının davam etdiriləcəyi bildirilib.


İsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılırİsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılırİsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılırİsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılırİsmayıllının Tircan kəndində içməli su təminatının perspektivləri araşdırılır
Xəbər Lenti Giriş Populyar Reklam