Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR

Azərbaycanda benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR


"Dünya bazarlarında yanacağın qiyməti daha da ucuzlaşarsa, ölkəmizə idxal olunan yanacağın qiymətinə dəyişiklik oluna bilər”.

Xeberleragentliyi.com xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, benzinin qiyməti yalnız neft qiymətlərindən deyil, idxal edən zavodların imkanlarından da asılıdır:

"Benzinin qiyməti neftin qiymətindən asılı olaraq dəyişir. Amma neftin qiymətinin benzinin qiymətinə hansı diapazonda təsir etməsinin dəqiq hesablaması hazırda yoxdur. Bu hər bir zavodun maya dəyərindən də asılıdır. Amma neftin qiyməti daha da düşərsə, idxal olunan benzinin qiymətinin də azalacağı ehtimal olunur”.

Xatırladaq ki, martın 13-də neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar olaraq ölkəmizə idxal olunan "Euro-95” və "Super Euro-98” markalı benzinlərin qiyməti ucuzlaşıb.

Bu növ benzinlərin qiymətləri benzinin topdan satıcısı tərəfindən müəyyən edilir.

"Premium Euro-95” markalı benzinin 1 litri hazırda 1,2 manata (əvvəl 1,5 manat), "Super Euro-98” 1,4 manata (əvvəl 1,6 manat) satılır.

Beləliklə, "Premium Euro-95” benzini 20%, "Super Euro-98” isə 12,5% ucuzlaşıb. //Cebhe.info

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ