Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

Müəllif: cavidan
//
16 Nisan 2020
//
//

Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər.

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Xəbər Lenti Giriş Populyar Reklam