Sizin reklam burada
Sizin reklam burada

Kasıblara yardım: Savab, yoxsa günah? - “Bu əməl günaha yazılır”

Kasıblara yardım: Savab, yoxsa günah? - “Bu əməl günaha yazılır”

İmkansız şəxslərə göstərilən yardımların sosial şəbəkələrdə işıqlandırılması birmənalı qarşılanmır.

Bunun yaxşı olduğunu, göstərilən yardımların digər imkanlı şəxslərə stimul olduğunu deyənlər də var, bu aksiyaların reklam xarakteri daşıdığını iddia edənlər də.

Maraqlıdır, din bu haqda nə deyir? Göstərilən yardımların işıqlandırılması günahdırmı?

İlahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında deyib ki, yardım paylayanların görüntü yayması riyakarlıq, özünüreklam, yardım verilən ailəni aşağılamağa bərabərdir:

“Cəmiyyətdə təbəqələşmə gedib. Varlılar və kasıblar var. Yardım etmək yaxşı işdir, savabdır. Amma o yardım edənin çoxu bilmir ki, etdiyi faydalı işi, savabı, reklam etməklə zay edir, günaha çevirir. Efirdə bir milyon adam baxar, ona məhəbbəti yaranar. Amma o dünyada ilahi qəzəbə düçar olacaq. İslamda, “Qurani Kərim”də kifayət qədər dəlil var ki, sədəqə və yardım reklam edilməməlidir. Hətta İmamlar gecə aparıb kasıbların qapısının ağzına ərzaq bağlamaları qoyurdular. Üzlərini bağlayırdılar ki, görənlər tanımasın. Amma bizdə fərqlidir. Bəziləri özləri haqqında müsbət imic yaratmaq üçün insanlar alçaldırlar”.

İlahiyyatçı hesab edir ki, kasıb adama yardım edib onu digərlərinə göstərmək yaxşı əməl deyil:

“Burada bir neçə nöqsan var. Əvvəla dini cəhətdən yasaqdır. Digər tərəfdən də, yardım almayanlar, onların uşaqları, ailəsi o görüntüləri görür və bu, onlara pis təsir edir. Amma digər varlı insanları da yardım paylamağa təşviq etmək üçün o görüntüləri ancaq elələrinə göstərmək olar. Tutaq ki, yardım edən varlı adam onu çəkib digər zənginlərə göndərə, örnək göstərə bilər ki, mən etdim, siz də edin. Yoxsa bu yardımı reklam etmək, “insanların gözünə soxmaq”, minnət qoymaq, kasıbın qürurunu tapdamaq, onu mənən sındırmaq doğru deyil. Elə kasıb tanıyıram ki, uşağı evdə acdır, reklama görə yardımdan imtina edir. Sabah onun da qızına elçi gələcəklər. Niyə o uşaq utansın ki, haçansa onlara dilənçi kimi kimsə üç kiloqram makaron verib televiziyaya çəkib”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ