Abşeron rayonunda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Abşeron rayonunda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

Abşeron rayonunda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

Müəllif: cavidan
//
09 Nisan 2020
//
//

Abşeron rayonunda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Abşeron rayonunda Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq, çoxşaxəli tədbirlər həyata keçirilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Dezinfeksiya idarəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilatların inzibati binaları, istirahət parklarının ərazisi, ictimai yaşayış binalarının girişləri, blokları, həyətləri, bank və bankomatların, aptek və ərzaq mağazalarının qarşısı, eyni zamanda marşrut avtobusları, dayanacaqlar və digər zəruri yerlər mütəmadi olaraq dezinfeksiya olunur. Prospekt, küçə və səkilərdə xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.
Rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən rayon ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış Zəngilan, Gənclər və Qaranat şəhərciklərində koronavirusa qarşı dezinfeksiya olunur.
Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilir.
Görülən tədbirlər çərçivəsində, rayon icra hakimiyyəti tərəfindən yaradılmış mobil qrupların üzvləri, eləcə də Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun kənd və qəsəbələrini bir-bir gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə - təbliğat işlərini aparır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həyata keçirilən təbliğat işlərinin səmərəliliyinin daha da artırılması məqsədi ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə, Post Patrul maşınlarının və məscidlərin səsucaldıcı qurğuları vasitəsi ilə sakinlərə karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı gün ərzində bir neçə dəfə çağırışlar edilir.
Bundan əlavə, xüsusi maarifləndirici materiallar hazırlanaraq, Xırdalan şəhərində, eləcədə qəsəbə və kəndlərin ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, ərzaq mağazaları və apteklərə vurulmuşdur.
Rayonunda həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyada bu gün də uğurla davam etdirilir. Sözügedən aksiya ilə əlaqədar RİH-də yaradılan qərargaha gün ərzində 20-dən çox çağırış edilir. Yaşı 65-dən yuxarı olan sakinlər gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edirlər. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilir.
Qeyd edək ki, gündəlik olaraq rayon üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib və gücləndirilmiş iş rejiminə keçirilib

Xəbər Lenti Giriş Populyar Reklam