Bakıda minik avtomobili “KamAz”a çırpıldı, bir nəfər ağır yaralandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda minik avtomobili “KamAz”a çırpıldı, bir nəfər ağır yaralandı

Bakıda minik avtomobili “KamAz”a çırpıldı, bir nəfər ağır yaralandı

Müəllif: cavidan
//
05 Mart 2020
//
//

Bakıda minik avtomobili “KamAz”a çırpıldı, bir nəfər ağır yaralandı
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Renault” markalı minik avtomobilini idarə edən sürücü minik avtomobilini Sənan Əsgərlinin hərəkətdə olan betonqarışdıran yük maşınına çırpıb. Daha sonra idarəetmədən çıxan minik maşını yol kənarında hərəkətsiz dayanan Eldar Bağırova məxsus “KamAz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1986-ci il təvəllüdlü Cavid Mahmudov ağır xəsarət alıb.

Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları cəlb edilib.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədə son durum Bugün, 09:49Cəbhədə son durum