Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO

Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO

Müəllif: cavidan
//
25 Şubat 2020
//
//



Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Oxu.Az xəbər verir ki, Ərdoğanı Azərbaycan prezidentinin köməkçisi Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Şimal Kipr Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb.



11:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı vaxtı ilə 11:15-də Azərbaycana yola düşüb.

Oxu.Az xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportunda Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay və Ankara valisi Vasip Şahin yola salıb.

Türkiyə prezidentini Azərbaycan səfərində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Berat Albayrak, Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fahrettin Altun, Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan müşayiət edəcək.

09:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.

Oxu.Az xəbər verir ki, birgünlük səfər çərçivəsində Türkiyə prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan başqa, Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO
Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB + FOTO
Xəbər Lenti Giriş Populyar Reklam