Qarabağda savaş təhlükəsi: “Qorxuram...” – Gərginlik pik həddə » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qarabağda savaş təhlükəsi: “Qorxuram...” – Gərginlik pik həddə

Qarabağda savaş təhlükəsi: “Qorxuram...” – Gərginlik pik həddə

Müəllif: cavidan
//
25 Şubat 2020
//
//

Qarabağda savaş təhlükəsi: “Qorxuram...” – Gərginlik pik həddə

“Dağlıq Qarabağdakı münaqişə ümidsiz şəkildə dondurulub, 1990-cı illərin əvvəllərində müəyyənləşdirilmiş danışıqlar formatı işə yaramır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karine Gevorqyan deyib.

“1994-cü ildən bəri dünya çox dəyişdi və köhnə yanaşmalarla bu problemi həll etməyin mümkün olmadığı aydın oldu. Çünki Qarabağ münaqişəsi bütün Yaxın və Orta Şərqə təsir edən proseslərin bir hissəsinə çevrildi. Yəni Qarabağ münaqişəsi müxtəlif qlobal siyasi güclərin maraqlarının toqquşduğu geosiyasi forma alıb. Bu vəziyyətdə münaqişənin həlli mümkünsüz görünür, hətta ATƏT-in Minsk Qrupunun səylərinə baxmayaraq…”, - Gevorqyan bildirib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərindən nə ermənilərin, nə də azərbaycanlıların dünyagörüşü dəyişib:

“Hər tərəfin tamamilə əks mövqeyi var və yaxın gələcəkdə dəyişməyəcəyindən qorxuram. Baş verənlərin tərəflər arasında silahlı qarşıdurmaya səbəb olacağını istisna etmirəm”.
Xəbər Lenti Giriş Populyar Reklam