Azərbaycanda virusa yoluxan xəstələr varmı? - SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERİR » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda virusa yoluxan xəstələr varmı? - SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERİR

Azərbaycanda virusa yoluxan xəstələr varmı? - SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERİR

Müəllif: cavidan
//
31 Ocak 2020
//
//

Azərbaycanda virusa yoluxan xəstələr varmı? - SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERİR

Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda 4 nəfərdə qrip virusu aşkarlanıb. Onlardan ikisi çinli azyaşlı uşaqdır.

Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda "A” tipli qrip virusu təsdiqlənib.

Bundan başqa, İran koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşını karantinə götürüb. 36 və 37 yaşlarında olan qadınlar Azərbaycandan İrana daxil olublar və Təbrizdə karantinə alınıblar. Sual olunur: "Azərbaycandan gedən turistlərdə virusun olması niyə bizim həkimlər tərəfindən deyil, Gürcüstan həkimləri tərəfindən müəyyənləşir?"

Yayılan xəbərlərlə bağlı Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirdilər ki, belə bir məlumatları yoxdur. Ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Bundan başqa, "A” tipli qrip virusu da qeydə alınmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə BAKU.WS-ə bildirdilər ki, ölkədə bu tipli virus qeydə alınmayıb.

"Bizə Sərhəd Xidmətindən belə bir halın müşahidə olunması barədə məlumat daxil olmayıb. Bundan başqa, ölkədə bu virusla bağlı müraciət daxil olmayıb”.
Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, onlardan 213-ü ölüb.
Xəbər Lenti Giriş Populyar Reklam