Sizin reklam burada
Sizin reklam burada

Türkiyə Çinə təyyarə reyslərini minimuma endirib

Türkiyə Çinə təyyarə reyslərini minimuma endirib

Türkiyə Hava Yolları (THY) Çinə olan reyslərin sayını azaldıb.



Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, THY uçuş sayını tələbatın az olması səbəbi ilə minimuma endirib. Fevralın 5-dən 22-nə qədər planlaşdırılmış Pekin, Quançjou, Şanxay və Sian reyslərinə olan uçuşların çoxu ləğv ediləcək.



Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 7,7 mini keçib. Çindən əlavə, yoluxma halları Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ