Anasının silahı ilə video çəkən məktəbli özünü vurdu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Anasının silahı ilə video çəkən məktəbli özünü vurdu

Anasının silahı ilə video çəkən məktəbli özünü vurdu

Müəllif: cavidan
//
16 Ocak 2020
//
//

Anasının silahı ilə video çəkən məktəbli özünü vurdu

Hindistanla məktəbli “TikTok” üçün video çəkərkən yanlışlıqla özünü vurub.

“Gulf News”un məlumatına görə, dərsdən evə qayıdan Keşav Kumar adlı məktəbli anasından silahını ona verməsini istəyib.

O, silahla videoçəkiliş etmək istədiyini qeyd edib. Əsgər obrazı yaratmağa çalışan məktəbli silahı çiyninə qoyub. Bu zaman onun barmağı tətiyə toxunub, silahın qoruyucusu açıq olduğu üçün atəş açılıb.

Yeniyetmə məktəbə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Xəbər Lenti Giriş Populyar Reklam